Yalova bölgəsində İran əsilli kişi həyat yoldaşınının boğazını kəsib.
Unikal.org xəbər verir ki, İran vətəndaşı olan Azərbaycan əsilli 34 yaşlı A.A. və 30 yaşlı Seher A. Yalovada restoranların birində çalışmağa başlayıb.
Bir müddət sonra cütlük qısqanclıq səbəbindən dava etməyə başlayıb. A.A həyat yoldaşını qısqanıb.
Cütlük gecə saatlarında yaşadıqları evdə yenidən mübahisə etməyə başlayıb. Qonşuların bildiridyinə görə, evdən dava və qışqırıq səsləri eşidilib. Qışqıqır səsləri kəsildikdən sonra 34 yaşlı ər A.A evdən çıxıb gedib.
Bina sakinləri hadisə ilə bağlı polisə məlumat verib. Göstərilən ünvana gələn polis Səhər A-nın boğazı kəsilərək öldürülmüş cəsədi ilə qarşılaşıb.
Qadının cəsədi ekpertiza üçün Bursa Ədli Tibb Təşkilatına göndərilib.