Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.
Unikal.org xəbər verir ki, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis vəzifəsinə ədliyyə polkovnik-leytenantı Asif Quliyev təyin olunub.
O, bundan öncə məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb.