Bakıda 47 yaşlı qadın itkin düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər sakini Vəkil Tağıyev Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək, həyat yoldaşı, 1972-ci il təvəllüdlü Bafa Tağıyevanın ötən gün evdən çıxaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanına getdiyini və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.