Pakistanın baş naziri İmran Xanın olduğu təyyarə Nyu Yorkda təcili eniş edib.
Unikal.org xəbər verir ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra onda texniki qüsur aşkar edilib.
İmran Xanın bu gün Nyu Yorkda qalacağı deyilir.
Baş nazir BMT Baş Assambleyası çərçivəsində görüşlər keçirdikdən sonra Pakistana qayıtmalı idi.