Rusiyanın xalq artisti, rejissor Leonid Xeyfetsin bıçaqla həkimə hücum edib. Onun hücum anını əks etdirən görüntülər yayılıb.

Unikal.org xəbər verir ki, rejissorun xanımı Leonid Xeyfets üçün evə həkim çağırıb. Bu barədə öyrənən rejissor küçəyə qaçmaq istəyib.

Həmin vaxt evə çağrılan həkimlərlə qarşılaşıb və bıçaqla həkimlərə hücum çəkib.  Sağ budundan bıçaq yarası alan həkim xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, xalq artisti kəskin psixozdan əziyyət çəkir.