Yanğınsöndürən balonun özünə yanğın əlehinə müdaxilə lazım olub.
Bu günlərdə Sabirabad sakini Xudabaxış Hüseynovun başına gələnlər yanğınsöndürmə balonlarının keyfiyyət və təhlükəsizliyini gündəmə gətirib. Mütəxəssislər yanğın balonunun bir neçə səbəbdən partlaya biləcəyinə diqqət çəkirlər. Əsas amil keyfiyyətdir.
Bakıda satışda Çin istehsalı olan keyfiyyətsiz yanğın əleyhinə balonlar var.
Keyfiyyətli yanğınsöndürmə balonlarının üzərində istifadə qaydası və saxlanma şəraiti yazılmalıdır. İran, ya da Çindən gətirilmiş keyfiyyətsiz balonlar isə təhlükədən xəbər verir.
Sürücülər bəzən yanğın balonu alarkən keyfiyyətə yox, qiymətə üstünlük verirlər. Onlar, ucuzdur deyə standarta cavab verməyən köpüklə dolu yanğınsöndürən vasitələr alırlar.
Qanuna görə hər avtomobildə yanğınsöndürən balonun olmalıdır. Əks halda sürücü cərimə olunur.
Yanğın balonunun düzgün yerdə saxlanılmaması da partlayışa səbəb ola bilər. Mütəxəssislər yanğın balonunun avtomobilin yük yerində saxlanılmasını vacib hesab edirlər. İstifadə müddəti bitdikdən sonra isə yenidən doldurulması da mümkündür.
Alarkən xüsusilə də balonun həcminə, söndürmə qabiliyyətinə, iş temperaturunun diapazonuna, aşınmaya davamlılığına və odsöndürən maddənin elektrik keçiriciliyinə fikir vermək zəruridir.
Balonları saz vəziyyətdə, işə yararlı halda saxlamaq üçün bir sıra tədbirlər görmək lazımdır. Mütəmadi olaraq yoxlanılmalı, yenidən doldurulmalı, detallarının və püskürdücü qovşağının təmiri yaddan çıxarılmamaldır.
Unikal.org "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.