Moldovanın keçmiş baş naziri Vlad Filat korrupsiyada təqsirli bilinərərk 9 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə onun əmlakının müsadirə olunması haqqında da qərar çıxarıb.
O, 2015-ci il oktyabrın 15-də deputat toxunulmazlığı ləğv edilən kimi tutulub. Prokurorun sözlərinə görə, keçmiş baş nazir hədələmə yolu ilə 800 milyon leev (62 milyon 320 min manat) məbləğində rüşvət alıb. İttihamçı bildirib ki, rüşvət dövlət məmuruna təsir edərək, xidmət göstərmək məqsədi ilə alınıb.
Keçmiş baş nazirin vəkili Avropa İnsan Haqları Məhkəməsinə müvəkkilinin hüquqlarının pozulması ilə bağlı müraciət edəcəyini bildirib.
Qeyd edək ki, Vlad Filat 2009-cu il sentyabrın 25-dən 2013-cü il aprelin 25-dək Moldovanın baş naziri olub. ("Report")