Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Beynəlxalq Ahıllar Günü münasibəti ilə aksiya keçirib.

Unikal.org xəbər verir ki, aksiyada iştirak edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov, rayon Ağsaqqallar Şurasının rəhbərliyi, YAP rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurası və Gənclər Birlyinin fəalları ahılları əlamətdar bayram münasibətilə təbrik edərək onların gündəlik qayğıları və problemləri ilə maraqlandılar. 
Ahıllar onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışaraq belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırdılar. İşlədikləri illərlə bağlı öz xatirələrini bölüşən  ahıllar vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildirdilər. Səmimi söhbət zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığı vurğulandı. Azərbaycanda ahıl insanlara dövlət qayğısının  ildən-ilə artdığı, bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri və sevgisinin hər kəsə nümunə olduğu bildirildi. Ölkəmizdə ahıl insanların daim diqqət və qayğı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə dövlətimiz tərəfindən davamlı tədbirlərin həyata keçirildiyi qeyd edildi. 
Ziyarət edilən hər bir ahıla Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən hazırlanmış ərzaq bağlamaları təqdim edildi.