Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yarandığı ilk gündən özünün beynəlxalq əlaqələrinin yaradılmasına və genişləndirilməsinə xüsusi diqqət ayırır. Məhz bu səbəbdən də 2007-ci il iyul ayının 4-ü Azərbaycan təhsil təcrübəsində ilk dəfə olaraq, ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti (IMC Krems TEU) ilə "Tourism and Leisure Managament" ixtisası üzrə ikili diplom müqaviləsi imzalanmışdır və artıq 12 ildir ki, davamlı şəkildə "Azərbaycan-Avstriya Turizm Proqramı" (AATP) fəaliyyət qöstərərir. 

Unikal.org xəbər verir ki, ATMU və IMC Krems TEU arasında imzalanmış “Turizm və qonaqpərvərlik xidməti üzrə təhsil sahəsində əməkdaşlıq müqaviləsi”nin şərtlərinə əsasən, IMC Krems TEU-nün Avstriya üzrə AATP proqram direktoru Yens Peter Ennen  və Azərbaycan üzrə AATP proqram meneceri Humay Cəfərlinin iştirakı ilə bu günlərdə Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində “AATP BA Cohort 2019” qrupunun yaradılması məqsədilə ATMU-da iki mərhələdə müsahibələr keçirmişdir. Məlum müsahibələrin nəticəsinə əsasən, 28 nəfər tələbə “AATP BA Cohort 2019” qrupunda təhsil almaq hüququ əldə etmişdir. 

Bu günədək Azərbaycan–Avstriya Turizm Proqramı üzrə ümumilikdə 216 nəfər (203 nəfər bakalavr və 13 nəfər magistr) Azərbaycan təhsili tarixində ilk dəfə olaraq hər iki ali təhsil ocağının diplomuna sahibləniblər.Hazırda proqram üzrə bakalavr pilləsində 77, magistr pilləsində isə 5 nəfər tələbə təhsili alır.