Trabzonda 15 yaşlı Yunus Emre Kurtun atasının dostuna aid avtomobilini xəbərsiz götürüb. Bir müddət sonra avtomobilin idarəsini itirən Y.E.Kurt dərəyə aşıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində Yunus Emre Kurt həyatını itirib, qardaşı 11 yaşlı Hamza Kurt isə yaralanıb. Bildiirlir ki, Azərbaycandan atasını ziyarətə gələn dostuna aid Azərbaycan nömrə nişanlı avtomobili icazəsiz götürüb məhələdə gəzməyə başlayıb.
Qəzanı görənlə təcili yardıma zəng ediblər. Hadisə yerinə xilasedicilər, səhiyyə işçiləri və polis əməkdaşalrı sövq edilib. Yaralı Hamza Kurt xəstəxanayaçatdırılıb. Yunus Emrenin cəsədi isə morqa aparılıb.