Adananın Ceyhan  mahalında qar maskası taxmış şəxslərin avtomobildən silahla atəş açması nəticəsində  iki qadın yaralanıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə polis və səhiyyə işçiləri sövq edilib. Sultan.O və Serpil.U adlı qadınlar xəstəxanaya çatdırılıb. Açılan atəş nəticəsində yüngül dərəcədə yaralanan qadınlar  polisə ifadə verib. Onlar ifadəsində həmin şəxslərin kim olduqlarını bilmədiklərini söyləyib. 

Polis hücum edən şəxslərin tutulması üçün hərəkətə keçib.