Azərbaycan Turizm və Menecment Universitetinin daha 2 tələbəsi -Ceyhun Balatdinov və Abdüləziz Ağazadə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə Almaniya Federativ Respublikasının Vilhemşaven şəhərindəki Yade Tətbiqi Elmlər Universitetində bir semestrlik təqaüdlü mübadilə proqramı çərçivəsində təhsil almaq imkanı qazanıblar.
Unikal.org xəbər verir ki, ATMU-nun daha dörd tələbəsi - Samirə Əhmədova, Simran Hacaliyev, Camal Əhmədov və Nuray Əhmədova bu ilin iyul, avqust, sentyabr ayının müxtəlif günlərində DAAD-ın maliyyə dəstəyi ilə “Alman dili yay məktəbi” və “Mədəniyyətlərarası Ünsiyyət və Menecment” adlı beynəlxalq proqram çərçivəsində təlim və kurslarda olublar. Adıkeçən beynəlxalq təlimin təşkilində əsas məqsəd iştirakçı tələbələrin alman dili səviyyələrinin artrılmasına, eləcədə ümumi bilik səviyyələrinin inkişafına xidmət edir.