ABŞ-ın Missisipi ştatında qaz emalı zavodunda güclü partlayış baş verib.
 
Unikal.org Trend-ə istinadən bildirir ki, bu barədə "News 5" telekanalına istinadən RİA Novosti xəbər verib.

İnsident bazar ertəsi yerli vaxtla təxminən saat 23:40-da baş verib.

Yerli hakimiyyət nümayəndələri hadisə yerinə gəliblər. Xəsarət alanların olub-olmaması hələ məlum deyil.