Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 269,1 milyon manat təşkil edib.
Unikal.org Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 7,6% çoxdur.
Bankların aktivlərinin 12 042,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 17,5% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 36,4%-dən 39,8%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,55% artaraq 25 655,5 milyon manata, o cümlədən depozit portfeli 9,9% artaraq 19 060,4 milyon manata çatıb. Bunun 8 456,9 milyon manatı fiziki, 10 603,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 6,5%, şirkətlərin banklardakı vəsaitləri isə 12,7% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 61,1% azalaraq 159,7 milyon manata düşüb.
Sektorun cəmi kapitalı isə 13,9% artaraq 4 613,6 milyon manata çatıb.