“Deputat vəsiqələrimi girov qoymağım barədə məlumatlar tamamilə yanlışdır və absurddur".
Unikal.org xəbər verir ki, bunu deputat Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, həmin qadına Almaniyaya getmək üçün təminat məktubu verib: “Lakin vəsiqəmi girov qoymamışam. Təranə Fətəliyeva adlı qadın ginekoloqdur, ailəvi yaxınıq. Qardaşım Elşənin tikinti şirkəti pul qoyub. Devalvasiyadan sonra onlar arasında problem yarandı. Mənə zəng elədi, bizə gəldilər. Xanımın əlləri əsirdi, deyirdi ki, Elşən onu təhqir edib. Elşənə zəng elədim, dedi ki, devalvasiyadan sonra məbləği 3 qat qaldırıblar. Mənzil təklif elədik. Qəbul etmədi. Mənimlə bağlı məhkəməyə müraciət elədi".
R. Cəbrayılov haqqında yayılan məlumatlardan sonra deputatlıqdan imtina etmək qərarına gəldiyini bildirib.