"Bakıda olsaydım, həmin gün mətbuat konfransı keçirərdim. Bu gün Bakıya gəlmişəm. Həyat yoldaşım ikinci ürək əməliyyatı keçirmişdi. Haqqımda yazılanlar dəhşət idi. Türkiyədə qərar gəldim ki, istefa verim. Bakıya gələn kimi istefa məktubunu təqdim etdim. Bəziləri tələsdiyimi dedi. Mən gəlib burda çıxış etməyə utandım. Ona görə birbaşa istefa verdim. Şəxsi qərarımdır. Sizə söz verirəm ki, bütün problemlər həllini tapacaq".
Unikal.org xəbər verir ki, bunu deputat Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında deyib. R.Cəbrayılov SSRİ dövründən qalan Kommunist partiyasının üzvlük vəsiqəsini indiyədək saxladığını da bildirb.
O, yenidən parlament seçkilərində iştirak edib-etməcəyini haqda düşündüyü deyib: "Allah Kərimdir. Hələ seçkilərə bir il müddət var".