"Avro-2016"nın 1/8 final mərhələsində gözlənilmədən İslandiyaya məğlub olan İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib.
Bu barədə turnirin "twitter"dəki rəsmi bloqunda məlumat yerləşdirilib. Məlumata görə, 68 yaşlı mütəxəssis komandasının uğursuzluğunda özünü günahkar hesab edib. "Çox məyusam. Çempionatı belə erkən tərk etmək yolverilməzdir. Bunların günahı məndədir. Buna görə də getmək qərarına gəldim" - deyə o bildirib.
Daha sonra o fikirlərini belə davam etdirib: "Müqaviləmin müddəti iki ildən sonra bitir, lakin bügünki məğlubiyyətdən sonra yalnız istefa verə bilərəm. Komandaya cavan mütəxəssis başçılıq etməlidir".
Qeyd edək ki, Hocson İngiltərə millisini 2012-ci ildən çalışdırırdı. (AzNews.az)