Baş Prokuror Zakir Qaralov mandatından imtina edən keçmiş deputat Rəfael Cəbrayılovun bir neçə nəfərdən pul alıb qaytarmaması ilə bağlı danışıb. 

Unikal.org-un verdiyi xəbərə görə, Z.Qaralov bildirib ki, Mərkəzi Seçkin Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq: "Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər. İddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmə zamanı əgər onun tərəfindən dələduzluq və ya digər cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmalara başlayacağıq".