Qrenlandiya 500 il əvvəl ölən İnuit xalqına məxsus bir ailənin bu günə qədər çox yaxşı qorunmuş mumiyaları tapılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup ovçunun 1972-ci ildə təsadüfən ortaya çıxardığı və aralarında 6 aylıq bir körpənin də olduğu 500 illik məzar ilk dəfə görüntülənib.
Tapılan 8 adamın miladdan sonra 1475-ci ildə öldüyü iddia edilib. 500 illik mumiyalar, 1 metr ara ilə 2 ayrı məzarda, üst-üstə qoyularaq basdırılmış halda tapılıb. Məzarda iki uşaq da vardı.
Uşaqların analarının öldüyü üçün diri-diri basdırıldığı düşünülür. Elm adamlarının bildirdiyinə görə, İnuit xalqında, evin anası öldüsə, övladları sağ olsa da anası ilə diri-diri dəfn edilirmiş.
Bildirilir ki, bütün ailə fərdlərinin dünyadan köçdükdən sonra da dinclik içində və birlikdə olduğuna əmin olmaq üçün belə edilib.