Tanınmış jurnalist Fuad Abbasov Azərbaycanda özəl televiziyalardan birində fəaliyyətə başlayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Fuad Abbasov Xəzər Televiziyasında yeni layihə ilə tamaşaçıların önünə çıxacaq. Onun tok-şou verilişi aparacağı bildirilir. Veriliş oktyabr ayından etibarən efirdə olacaq.
Qeyd edək ki, azərbaycanlı jurnalist Fuad Abbasov bir neçə müddət öncə Moskvada həbs edilmişdi. Sonra isə o, Azərbaycana deportasiya edilmişdi.
Famil Fərhadoğlu