Fransanın Cournon-d’Auvergne şəhərində Sommet d’Elevage Beynəlxalq Heyvandarlıq Sərgisinin açılışı olub.   

Unikal.org-un məlumatına görə, Clermont-Ferrand şəhərinin meriyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Ümumilikdə, sərgiyə 38 ölkədən 35 qonaq və 95 min iştirakçı qatılıb. Tədbirdə 70 növ olmaqla 2000 mal-qara nümayiş olunacaq. 

Hər il keçirilən sərgi oktyabrın 4-də başa çatacaq.