Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Unikal.org-un xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.
Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
15:48
Yaxın dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayacaq.
Unikal.org xəbər verir ki, MSK-nın iclasında Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi üçün müraciətə baxılacaq.
Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib. R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.