Amrahbank ASC 02.10.2019-cu il tarixində media saytlarının birində 77 yaşlı Bakı şəhər sakini Burlaçuk Qalina Andreyevna ilə bağlı yayılmış məlumatla bağlı açıqlama yayıb.

Unikal.org xəbər verir ki, bankın açıqlamasında deyilir:

“Müraciətə əsasən bildirilir ki, guya 2006-2008-ci il tarixlərində Qalina Burlaçuk Amrahbank ASC-yə əmanət kimi pul vəsaiti yerləşdirmiş və bank da həmin pulları mənimsəmişdir.

Edilən müraciətlə əlaqədar olaraq bildiririk ki, Bakı Apellyasiya məhkəməsinin Mulki Kollegiyasının 29.12.2016-cı il tarixli və Ali Məhkəmə Mülki Kollegiyasının 2(102)-2947/2017 saylı 09.iyun 2017-ci il tarixli qərarlarında tam sübuta yetirilmişdir ki, Burlaçuk Qalina Amrahbank ASC-yə hec bir əmanət yerləşdirməmişdir.

Qətnamədə qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Burlaçuk Qalina Aleksandrovnaya ünvanlanmış 07.08.2012-ci il tarixli məktubdan müəyyən olunur ki, Qalina Burlaçukun adına Amrahbank ASC-nin balansında heç bir məlumat mövcud deyil və onun adına əmanət hesabı açılmamışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2014-cü il tarixli 2703 saylı rəyindən də müəyyən olunur ki, Burlaçuk Qalina Aleksandrovna ilə bağlanmış əmanət müqavilələri saxtalaşdırılıb”.