Vəkil Şəfiqə Nağıyevanın "Elgizlə izlə" proqramında səsləndirdiyi ifadələr birmənalı qarşılanmayıb.
Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, vəkil Şəfiqə Nağıyevanın eks həyat yoldaşı ilə problem yaşayan qadınla mübahisəsi düşüb. Mübahisə zamanı tərəflər bir-birini təhqir edib. Emosiyalarına sahib olmayan Ş.Nağıyeva efirdə olduğunu unudaraq qadını hədələyib:
"O tərbiyəsiz sözləri sənə yedirdəcəm. Görərsən! Sən mənə sübut etməlisən! Amma mən sənə yedirdəcəm, görərsən!"
Qeyd edək ki, Mirzəliyev Elçin adlı şəxs verilişə gələrək 3 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Hüseynova Zülfiyyəni xəyanətdə ittiham edib. Elgizin araşdırması nəticəsində məlum olub ki, keçmiş ər bunu birgə nikandan doğulmuş üç uşağa aliment verməkdən boyun qaçırmaq üçün bu addımı atıb.
Onun efirdə işlətdiyi bu sözlər artıq sosial şəbəkədə müzakirə olunur. Ali təhsilli hüquqşünasın efirə yaraşmayan hərəkəti tənqid olunur.
Xatırladaq ki, Şəfiqə Nağyeva ötən telemövsüm "Səni axtarıram" proqramında qadınları alçaltdığı üçün proqramdan uzaqlaşdırılmışdı.
Bundan əvvəl də ekspert qismində iştirak etdiyi proqramlarda efirə yaraşmayan ifadələr işlətmişdi. "Səni axtarıram"da vəkilin sərt təpkilərindən və ittihamlarından bezərək ona boks əlcəyi hədiyyə alan Dövlət adlı kişiyə "Sənin kimi kişini başqa cür sındırıram" deməklə mətbuatda gündəm olmuşdu.