İstanbulun Başakşehir bölgəsində liftdə köməksiz qalan suriyalı uşaq iki mərtəbə arasındakı boşluqda sıxılaraq can verib.
Unikal.org musavat.com-a istinadən bildirir ki, liftdə köməksiz qalan suriyalı uşaq oradan çıxmağa cəhd edərkən həyatını itirib.
11 yaşındakı Mustafa Xəlil Camal adlı Suriyalı uşaq dünən günorta saatlarında atasının yanına iş yerinə gəlib. Balaca uşaq liftə minərək yuxarı, atasının yanına çıxmaq istəyib. Lakin lift birinci mərtəbə ilə ikinci mərtəbə arasında dayanıb. Balaca uşaq qapını əli ilə aralayaraq liftdən çıxmaq istəyib. Qəfildən liftin hərəkət etməsi faciəyə səbəb olub. Suriyalı uşaq qapı ilə divar arasında sıxışıb qalıb.
Ətrafdakı vətəndaşlar dərhal hadisə yerinə xilasetmə əməkdaşlarını və təcili tibbi yardım çağırıblar. Hadisə yerinə tibbi yardım gəlsə də uşağın həyatını xilas etmək mümkün olmayıb. Tibbi yardım gəlmədən suriyalı balaca hadisə nəticəsində yerindəcə keçinib.
Hadisə yerinə sonradan polis əməkdaşları da gəlib. Məsələ ilə bağlı istintaq başlanıb, araşdırma aparılır.
]