"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktubla Rusiya və Türkiyə arasında əlaqələrin yaxşılaşdırılması üçün çox vacib addım atıb, lakin növbəti addımlar lazımdır".
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov qeyd edib ki, problemi bir neçə gün ərzində həll etmək mümkün deyil.