Oktyabrın 7-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən Unikal.org-a bildirilib ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26-7,99 faiz təşkil edir.