"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq sağlam həyat tərzinin təbliği ilə bağlı bildiriş və zəruri əlaqə vasitələri sms vasitəsilə mobil rabitə abunəçilərinə göndərilir.
Unikal.org bildirir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat verib.
Telefonlara göndərilən SMS-məlumatlarda "Gələcəyinizi düşünün, özünüzü və yaxınlarınızı narkomaniyadan qoruyun" bildirimləri gəlir. İyunun 3-cü ongünlüyündən başlayan SMS maarifləndirmə mərhələli qaydada həyata keçiriləcək və təqribən 1,5 milyon abunəçiyə ünvanlanacaq.