ABŞ-da atışma olub.
Bu barədə Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, hadisə Missuri ştatında, Kanzas-Sitidəki barlardan birində baş verib. FOX 4 telekanalının yaydığı məlumata görə, silahlı şəxs bara daxil olaraq içəridəkilərə atəş açıb. Yerli polisin nümayəndəsi bildirib ki, atəş nəticəsində 4 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralıların səhhəti barədə məlumat verilmir.