İraqın Bağdad vilayətinin qubernatoru Fallah əl-Cazairi istefaya göndərilib.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, onun səlahiyyətini müvəqqəti olaraq Bağdad vilayət Şurası yeninə yetirəcək. 

Qeyd edək ki, oktyabrın 1-dən başlayaraq İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar keçirilir. İndiyədək aksiyalarda baş verən toqquşmalar nəticəsində 113 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.