Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün saysız-hesabsız plastik əməliyyatlar keçirən iranlı fenomen Səhər Tabar həbs edilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, dini təhqir etmək və əxlaqsızlığa təşviq ittihamı ilə tutulub.
İranlı bir qrup şəxs onu Tehranda bir dini quruma şikayət eidb. Bundan sonra isə polis onun haqqında cinayət işi açıb. 21 yaşlı fenomen isə Coliyə bənzəmək istədiyinə dair iddaları rədd etmiş, paylaşdığı fotoları isə "makiyaj əsəri" adlandırmışdı.
Səhərin milyonlarla izləyicisi olan İnstaqram hesabı da bağlanıb. Bu isə onun pərəstişkarlarının şikayətinə səbəb olub.