Son zamanlar qadınlarla bağlı gözlənilməz islahatlar həyata keçirən Səudiyyə Ərəbistanı bu dəfə turizm qaydalarında inanılmaz dəyişiklik edib.
Unikal.org xəbər verir ki, dəyişikliyə görə, əcnəbi qadınlar yanında həyat yoldaşı və ya yaxını olmadan da otellərdə qala biləcək.
Xarici ölkələrdən gələn qadınlar pasportlarını göstərərək otellərdə yerləşə bələcək. Əcnəbi qadınların nikah şəhadətnaməsi təqdim etməsi şərti artıq aradan qaldırılıb.
Qeyd edək ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanı hökuməti ilk dəfə olaraq qadınlara Silahlı Qüvvələrdə xidmət etməyə icazə verib.