Rusiya Prezidenti Vladimir Putin Sibirdə Tayqa meşələrində dincəlir.
Unikal.org xəbər verir ki, prezidenti Müdafiə Naziri Sergey Şoyqunun müşayiət edir.
Putin meşədə gəzib, katerdə üzüb və dağın başında oturub ətrafı seyr edib. O həmçinin Şoyquya meşədə göbələk də yığdırıb.
Artıq Putinin və Şoyqunun Tayqa meşələrində dağlara piyada necə dırmaşmağı və payız təbiətini necə müşahidə etdikləri, həmçinin göbələk yığmaq görüntüsü də yayılıb.
Qeyd edək ki, oktyabrın 7-də Vladimir Putinin 67 yaşı tamam olur.