AK Partiya daxilindəki bəzi öz marağını düşünən qüvvələri, işlərini lazımi şəkildə görən şirkətlərin qarşısını almağa davam edir. Trabzonlu iş adamı Yaqub Sağlam və Azərbaycanlı ortağının başına gələnlər AK Partiya iqtidarında dövlət təşkilatları ilə iş görməyin çətin olduğunu ortaya qoytub.
Unikal.org Türkyə KİV-nə istinadən xəbər verir ki, Yaqub Sağlamlojistik sektorunda fəaliyyət göstərən Qaradenizli iş adamıdır. 10 il əvvəl azərbaycanlı ortağı Qalib Məmmədovla Bakıda qurduqları KDY Logistics adlı firmayla Rusiya, İran, Azərbaycan, Gürcüstan, Türkiyə və Özbəkistanda milyonlarla dollarlıq dollarlıq xarici ticarət həcminə sahibdir.
Xüsusilə Rusiyanın Türkiyəyə tətbiq etdiyi yaş meyvə-tərəvəz embarqosunu aradan qaldırdıqdan sonra Adana, Mersin və Antaliyadan tonlarla məhsulu qatarlarla bu ölkəyə daşıyaraq kritik bir missiyanı öz üzərinə götürən firma, bu iş üçün keçən il Türkiyə Respublikası Dövlət Dəmiryolları (TCDD) ilə müqavilə imzalayıb. Buna görə KDY Logistics kirayə götürdüyü hər bir vaqon üçün TCDD-yə müəyyən bir haqq ödəyib.
Bu layihənin infrastrukturu üçün bu günə qədər 500 min dollar xərcləyən və görülən işlərlə çatdırılma müddətlərini 28 saata qədər endirən firmada hər şey yolunda gedib.
Yaqub Sağlam başına gələnlərlə bağlı bunu deyib:
"Mehmet bəy məni təcili olaraq Ankaraya dəvət etdiyi zaman istər istəməz səbəbi ilə maraqlandım. "Gəl səni dövlətlə tanış edim! Bu işlər indi prezident Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Fatih Ərdoğanın firması olan "Pacific İnşaat" tərəfindən görüləcək. Bizimlə işləməyə davam etmək istəyirsinizsə, onlarla razılaşmalısınız!" dedi. Sonra İslam Şahbandarov adlı şəxsin adını və telefon nömrəsini verib. Söylədiyinə görə TCDD Baş direktoru Ali İhsan Uygunun müşaviri imiş".
Bu vəziyyəti Azərbaycandakı ortağı Qalib Məmmədovla paylaşana Y.Sağlam sözlərinə belə davam edib:
"Hər şey bir kənara, Şahbandarov Türk olmadığı üçün bizə çox qəribə gəlmişdi. Şirkətimizin mərkəzi Bakıda olduğu və Azərbaycanda önəmli firma olduğumuz üçün Azərbaycandakı bəzi təşkilatlar da mövzuya daxil oldu. Bizə bu adamla görüşməyimizin təhlükəli olduğunu bildirdilər.
Daha sonra ortağımla birlikdə Fatih Ərdoğanın dəvəti üzərinə Ankarada Next Level adlı bir AVM-də görüşdük. Bu vaxt Fatih Ərdoğanın Tayyib bəylə bir qohumluq əlaqəsinin olması barədə məlumatımız yox idi. Sadəcə Rizədən həmyerlisi və soyad bənzərliyi olduğunu biliridik. Ancaq sonra Ak Parti Ankara millət vəkili Asuman Ərdoğanın həyat yoldaşı olduğunu öyrəndik.
"Mənimlə necə çalışacaqsınız?" sualıyla söhbətə daxil olan Fatih Ərdoğan bu işə 3 milyard dollar sərmayə qoyduqlarını müdafiə edib. Bundan əlavə əgər davam etmək istəyiriksə onlarla razılaşmaq məcburiyyətində olduğumuza bizi inandırmağa çalışıb".
Sağlam bu görüşdən sonra Mehmet Altınsoyun onlara "Fatih Bəylə anlaşmayısız!" söyləyib əsəbləşdiyini, gileyləndiyini deyib. Y.Sağlam həmçinin kirayəsini ödədikləri halda Rusiyaya göndəriləcək yüklənən tərəvəz-meyvələr tez-tələsik boşaldılaraq vaqonlarının geri alındığını, soyutma üçün istifadə olunan generatorların söküldüyünü və müqavilələrinin TCDD tərəfindən tək tərəfli olaraq ləğv olunduqda söyləyib. Bu şikayətlə hüquqlarını axtarmağa qərar verən tərəfdaşlar şikayət etmək üçün Ədliyyə Nazirliyinə, daha sonra CIMER-ə (Prezident Əlaqə Mərkəzi) müraciət ediblər.
Ancaq ötən günlərdə Dairə Başçısı Mehmet Altınsoydan qəribə reaksiya alıblar. Sağlamın dediklərini görə, AKP-li bürokrat, "CIMER'ə bizim haqqımızda şikayət etdiniz, nə oldu!" söyləyib və onların arxasındakı gücün Bilal Ərdoğan (R.T.Ərdoğanın oğlu) olduğunu vurğulayıb.
Bu cür hadisələrin baş verməsi nəticəsində 2 milyon dollarlıq zərər uğradığını deyən türk iş adamı prosesin Azərbaycanda narahatlıqla qarşılandığını və Türkiyə-Azərbaycan münasibətlərinin zərərindən narahat olduğunu söyləyib.