Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Fərat çayının şərq hissəsinə “Barış pınarı” (“Sülh bulağı”) adlı aniterror əməliyyatının başlaması ilə bağlı hazırlıq vəziyətinə gətirilib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, artıq Diyarbəkir 8-ci Əsas Aviyasiya Baza Komandanlığı qırıcı təyyarələrin uçuşuna başlayıb. Bununla belə, tanklar, toplar və hərbi briqada bölükləri əraziyə yaxın hazırlıq vəziyətində döyüş əmrini gözləyir.
Qeyd edək ki, bir neçə gün öncə ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsiz bölgə ilə bağlı əhəmiyyətli açıqlama verib. Prezident bəyan edib ki, barış əməliyyatı çox yaxındadır, bəlkə, bu gün, bəlkə, sabah. Həm qurudan, həm də havadan bu əməliyyatı aparacağıq.