Azərbaycan Rusiya tərəfindən ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.
Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: "Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir".