Avropa İttifaqı Türkiyəni Suriyanın şimalında hərbi əməliyyatları dayandırmağa çağırıb.
Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker Brüsseldə Avropa parlamentinin iclasında bu çağırışla çıxış edib.
“Türkiyə bizim tərəfdaşımızdır. Biz etiraf edirik ki, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları var. Lakin mən Türkiyə və digər iştirakçıları təmkin nümayiş etdirməyə və hərbi əməliyyatları dayandırmağa çağırıram”, - deyə Jan-Klod Yunkler bildirib.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" (Barış Pınarı) adlı hərbi əməliyyatlara başlayıb.