Suriyanın şimalında "Barış bulağı” hərbi əməliyyatları başladığı vaxtdan bu günə qədər indiyə kimi 109 terrorçu öldürülüb.
Unikal.org-un Türkkiyə KİV-nı istinadın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Prezident hərbi əməliyyatların davam etdiyini vurğulayıb. R,TƏrdoğanın sözlərinə görə,, öldürülən terrorçulardan başqa, yaralılar və təslim olanlar da var.
Ərdoğan onu da qeyd edib ki, son 4 ildə Türkiyədə 7500, ölkə sərhədlərindən kənarda 8500, ümumilikdə 16 min terrorçu məhv edilib.
Türkiyə Prezidenti bildirib ki, 5500 İŞİD-çi haradan gəlmişdisə, ora da göndərilib. Ərdoğan qeyd edib ki, "Barış bulağı” hərəkatının məqsədi Suriyanın ərazi bütövlüyünə dəstək verməkdir:
"Ey AB özünüzə gəlin. Bizim əməliyyatımızı bir işğal hərəkəti deyə xarakterizə etməyə çalışsanız işimiz asandır. Qapıları açırıq və sizə 3.6 milyon qaçqın göndəririk.
Bütün NATO ölkəsi olanlara səslənirəm, başda Amerika: Biz Türkiyəyik və biz NATO üzvü olan ölkəyik. 5-ci maddəni çox yaxşı bilirlər. Bu terror təşkilatları NATO üzvü olan Türkiyəyə hücum edərkən siz buna bir dəfə səssiz qala bilməzsiniz, buna haqqınız yoxdur".