Türkiyənin Suriyaya başlatdığı "Barış Pınarı" hərbi əməliyatı davam edir. Terror təşkilatı YPG / PKK da cavab vermək məqsədi ilə minaatan mərmi atır. Terror təşkilatı Akçakale, Ceylanpınar və Nusaybini hədəfə alıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Akçakale bölgəsində Milli Təhsil və Bələdiyyə binalarına 2 minaatan gülləsi düşdüb. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Digər tərəfdən Ceylanpınar bölgəsində təşkil olunan terror hücumlarında 6 nəfər yaralanıb.
Mülki yaşayış sahələrini hədəf alan terror təşkilatı səhər saatlarından kəndlərə və məhəllələrə çoxlu sayda bomba atıb.