"Əl-Qaidə" lideri Usama Bin Ladendən sonra dünyanın ən təhlükəli terrorçusu hesab edilən İbrahim əl-Asiri öldürülüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. Terrorçu liderin ölümünü təsdiqləyən Tramp əl-Asirin iki il əvvəl Amerikaya məxsus pilotsuz uçuş aparatı vasitəsilə zərərsizləşdirildiyini deyib.
Hadisə 2017-ci ildə baş versə də, indiyədək bu barədə hər hansı məlumat verilməmişdi.