Ukrayna Prezidenti Vladimir Zelenski 14 saatdan çox davam edən mətbuat marafonu zamanı 500-dən çox suala cavab verdiyini bildirib.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Facebook” səhifəsində yazıb.

Məlum olduğu kimi, Ukrayna prezidentinin mətbuat konfransında 300 müxbir iştirak edib: 

“Suallar ölkə liderinə aid idi. Bütün hamısına cavab veridm”.

Ukrayna lideri həmçinin bildirib ki, bütün suallara səmimi cavab verib: “Ancaq, bəziləri yəqin ki, kiminsə istədiyi kimi olmadı”.

Bundan əlavə Zelenski tamaşaçılara və jurnalistlərə də təşəkkürünü bildirib.