Gənclər və İdman naziri cənab Azad Rəhimov oktyabrın 18-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Unikal.org xəbər verir ki, qəbulda Şirvan, Hacıqabul şəhər və rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.