Xəbər verdiyimiz kimi, karateçi Ayxan Mamayev böyrəyində olan problemlə bağlı Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Bu bardə A.Mamayevin komanda yoldaşı, dünya və Avropa çempionu karateçi Niyazi Aliyev Unikal.org-a danışıb:
"Şükürlər olsun ki, qorxulu bir durum yoxdur, yaxşıdır. İnşallah səhhəti düzəlməyə doğru gedir. Soyuqdəymədən böyrəklərində iltihab yaranıb. Artıq 2-3 gündür xəstəxanadadır.
Gumanki, əməliyyatlıq deyil, çünki həkimlər bu barədə nəsə deməyib".