Azərbaycanın Ailə Məcəlləsinə övladlığagötürmə ilə bağlı dəyişiklik edilib.
Unikal.org xəbər verir ki, məcəlləyə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişiklik Ailə Məcəlləsində övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi nəzərdə tutulub.
Mövcud qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı (ilkin uçotu yürli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş uçotu 3 yaşına qədər uşaqlar üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 3 yaşından yuxarı uşaqlar üzrə isə yeni yanaşma təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcək. Eyni zamanda layihədə övladlığa götürmə prosesinin 3 mərhələdə aparılması nəzərdə tutulub. Bunlar- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi (bu mərhələnin özündə də övladlığa götürmək istəyən şəxslərlə müsahibələr və mənzil şəraitinin yaxşılaşdırılması, təlim, uyğunlaşma, müəssisədə uşaqlarla görüş və sınaq müddətində ailədə yerləşdirmə kimi alt mərhələlər olacaq) və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi mərhələlərindən ibarətdir. Bu mərhələlər övladlığa götürmə prosesində övladlığa götürmək istəyən şəxslərin həm həyat şəraitinin, həm övladlığa götürməyə olan motivlərinin, həmçinin uşaqla onların uyğunlaşdırılmasının müəyyən edilməsinə imkan verəcək. Həmçinin, nikahda olan şəxslər üçün minimum yaş həddi 25, nikahda olmayanıar üçün 30 yaş kimi müəyyən edilib.
Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.