Bu gün AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin bir qrup üzvü Abşeron rayonun Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvlərilə görüşüblər.
Unikal.org xəbər verir ki. geniştərkibli iclası Abşeron YAP Gənclər Birliyinin sədri Elnur Mirzəyev açıb. Gənc natiq rayonda gənclərlə bağlı aparılan islahatlardan və onların əhəmiyyətindən danışıb. O qeyd edib ki, Abşeron rayonunda yerləşən təhsil müəssisələrinin gəncləri AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə sıx əlaqələr qurmalı, Azərbaycanın elm həyatında aktiv iştirak etməlidir.
Abşeron Rayton Təhsil şöbəsinin məsul əməkdaşı Elmira İsmayılova rayonda fəaliyyət göstərən məktəblərin şagirdlərinin bu ilki uğurlarından, o cümlədən yerli və beynəlxalq müsabiqələrdə əldə olunan nəticələrdən məlumat verib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov görüşün məqsədlərinə müvafiq olaraq təmsil etdiyi qurumda son illər bərqərar olunmuş siyasət, eləcə də ümumtəhsil müəssisələrilə qurulmuş sıx əlaqələr, xüsusi olaraq qısa zaman kəsiyində AMEA-da magistratura təhsililə bağlı əldə olunan yüksək nəticələr, gənc alimlərin elmi-innovativ ideyalarının reallaşdırılması üçün AMEA-nın Yüskək Texnologiyalar Parkında mövcud olan imkanlar haqqında gənncləri və rayonun səlahiyyətli nümayəndələrinin məlumatlandırıb.
AMEA Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) laboratoriya müdiri, fizikia üzrə fəlsəfə doktoru Fərid Əhmədov, SETM-də ölkə üçün mühüm əhəmiyyət kəsb edən tədqiqatlardan, həmçinin perspektivli kadrlarla, o cümlədən gənclərlə əməkdaşlığın zərurətindən danışıb.
Toplantının nəticəsi olaraq gələcəkdə rayonda fəaliyyət göstərən təhsil ocaqlarının innovativ düçüncəli gənclərinin AMEA Gənc Alim və Mütəxəssislər Şurası ilə koordinasiyalı fəaliyyətinin, həmçinin AMEA-da yerləşən YTP-yə və SETM-ə mütəmadi olaraq elmi ekskursiyaların təşkili, eləcə də birgə elmi seminarların keçirilməsilə bağlı planlar müzakirə olunub.