Rusiya ilə Türkiyə arasında Suriya münaqişəsi ilə bağlı Memorandum imzalanıb.
Unikal.org xəbər verir ki, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqların yekununda Memorandum imzalanıb.
Memorandumu Rusiya və Türkiyə liderlərinin birgə keçirdiyi mətbuat konfransında iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu oxuyublar.
Memoranduma əsasən, Türkiyə və Rusiya Suriyanın şimal hissəsində, Tükiyə ilə sərhəd rayonlarda birgə patrul xidməti aparacaqlar.
Memorandumda Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyi qeyd olunub: "Rusiya və Türkiyə Suriyada terrorçuluğun bütün formalarına və separatçılığa qarşı birgə mübarizə aparacaqlar" - deyə Memorandumda qeyd olunub.