Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
BDU-dan Unikal.org-a verilən məlumata görə, iclasda rektor Elçin Babayev çıxış edərək son illərdə ölkədə aparılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.
İclasda Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU əməkdaşlarının, o cümlədən “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqqının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.
Artım ümumilikdə universitetin 3000-dən çox əməkdaşına şamil olunub.