Azərbaycanda Fitosanitar Nəzarəti haqqında qanunvericilik yenidən işlənir.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublikanın dövlət fitosanitar müfəttişi, Qida Təhlükəsizliyi Agentiyinin Bitki Sağlamlığı Şöbəsinin rəisi Xəyalə Dadaşova bildirib.

Onun sözlərinə görə, beynəlxalq təcrübədə idxal karantin icazəsi bir sıra dövlətlərdə ləğv edilib: "Karantin icazəsinin olması bir baryerdir. Sahibkarlar tərəfindən bütün yüklər ölkəyə rahat şəkildə daxil olmalıdır. Gələcəkdə karantin icazəsini ləğv edilməsi ilə bütün yüklərin rahat daxil edilməsinə imkan yaradacaq".

Şöbə rəisi bildirdi  ki, hazırda karantin icazəsinin ləğvi ilə bağlı hazırlanmış sənədə sahibkarlar baxır.

X.Dadaşova əlavə edib ki, növbəti mərhələdə qanun layihəsi Milli Məclisə göndəriləcək.