Oktyabrın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləriüzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.
Unikal.org xəbər verir ki, qonağa ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı aparılan dövlət siyasətinin məqsəd və nəticələri, son vaxtlar həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Onlar üçün salınan qəsəbələrin sayı ilbəil artır, hər il minlərlə məcburi köçkün ailəsi yeni ev və mənzillərə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır.
Edvard Karvardin səmimi qəbula görə təşəkkürünü bildirib. Görüş zamanı məcburi köçkün ailələrindən olan uşaqların və gənclərin uzun müddətli perspektivdə inkişafına təsir edə biləcək bəzi prioritet fəaliyyət istiqamətləri müzakirələr edilib. UNİCEF-in dəstəklədiyi proqramlarda məcburi köçkün ailələrin iştirakının təmin olunması barədə danışılıb və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.