Bu gün 62 №-li məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun R.Rüstəmov küçəsi 13, 13a, 17, 19, K.Balakişiyev küçəsi 46a, 46 və M.Abbasov küçəsi 41, 43 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 2 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak edib.
Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Arif Qasımov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Səyyar qəbulda çıxış edən sakinlərin yaşadıqları binaların istilik sisteminin, dam örtüklərinin və liftlərin təmiri, məhəllənin abadlaşdırılması və digər sosial problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərləri isə əlavə araşdırmalara ehtiyac olduğuna görə aidiyyəti təşkilatlara həll edilməsi üçün müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.